Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə Bakı və Ankara arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib və ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi”, - məlumatda deyilir.
Bildirilir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli “dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi” vurğulandı. Ərdoğanın Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Mayın 28-də Rəcəb Tayyib Ərdoğan Azərbaycanda birgünlük səfərdədir. **
R.Kərimov