Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 758-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 11 yoluxma faktı qeydə alınmışdı.
COVID-19-dan bir ölüm halı qeydə alınıb.
Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 996 nəfər (sutka ərzində +4) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 871 (ötən gün 3 min 422 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 890 min 579 test aparılıb.**
R.Kərimov