Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfər zamanı bir neçə hərbi hissədə olub. Bu barədə bazar günü Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
“Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub”, - nazirliyin saytında qeyd olunur.
Bildirilir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar.
Bazar günü Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. **
R.Kərimov