Azərbaycanda koronavirus infeksiyasına 1 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 759-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 998 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 48 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 706 (ötən gün 1 min 871 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 892 min 285 test aparılıb.*
E.Şəfiyev