Xarici işlər naziri Ceyhun Bayramov mayın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə yola düşüb.
“Səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün keçirilməsi, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur”, - deyə XİN-in məlumatında bildirilir.*
E.Şəfiyev