ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman 30 may-2 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
“L.Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji Həftəsi” tədbirində iştirak edəcək”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev