Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 31-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 31-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,816 manat/1EUR səviyyəsində (mayın 27-nə 1,8282 manat/1EUR) müəyyən edilib.
AMB mayın 31-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0268 manat/1RUB səviyyəsində (mayın 27-na 0,265 manat/1RUB) müəyyən edib.**
B.Rüstəmbəyov