Gələn həftə RF-nin Kaluqa vilayətinin iş adamları Bakıya biznes missiyada iştirak etməyi planlaşdırırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Ekspo-Kontrakt” MMC-yə istinadən məlumat verir.
“7-8 iyun 2022-ci il tarixində Kaluqa vilayətinin İqtisadi İnkişaf və Sənaye Nazirliyi və Kaluqa vilayətinin İxraca Dəstək Mərkəzi Azərbaycan və Rusiya şirkətləri arasıda qrşılıqlı səmərəli iqtisadi əməkdaşlığın inkişafı məqsədilə Kaluqa şirkətlərinin Bakıya beynəlxalq biznes missiyasını təşkil edirlər”, - məlumatda qeyd olunur.
Missiya iştirak üçün Kaluqa vilayətinin 4 şirkəti ərziə təqdim edib. Bu, “Liston” MMC, “Obninsk” MMC, “MÖT” EİM” MMC, “Bazis Xoldinq” MMC-dir.
Biznes missiya çərçivəsində Bakıda fəaliyyət göstərən müəssisələrdə ikitərəfli görüşlər təşkil ediləcək. **
X.Nəsirzadə