Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu məlumat verib.
“Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, o cümlədən Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları Türkiyəyə səfər edəcəklər”, - Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib. **
E.Şəfiyev