Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskaya bəyan edib ki, Sofiyada Azərbaycan prezidenti İlham Əliyevi rəsmi səfərlə gözləyirlər.
“Biz Azərbaycan prezidenti İlham Əliyevin səfərini gözləyirik. O cümlədən, ölkəmiz Azərbaycanı biznes nümayəndələrinin Bolqarıstana səfərini təşkil etməyə hazırdır”, - Gençovskaya bu gün Sofiyada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan mətbuatına istinadən məlumat verir ki, Gençovskaya bəyan edib ki, Bolqarıstan da Azərbaycandan turist axınının artımına ümid edir və “bunun üçün Sofiya-Bakı birbaşa uçuşları bərpa etmək zəruridir”. **
E.Şəfiyev