Azərbaycanda koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 767-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 007 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 192 (ötən gün 1 min 706 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 894 min 477 test aparılıb.**
E.Şəfiyev