İyunun 6-dan etibarən Moskva yaxınlığındakı “Jukovski” aeroportu Bakıda “Severo-Zapad” aviaşirkətinin reyslərinə xidmət göstərməyə başlayacaq. Bu barədə aeroportun mətbuat xidməti məlumat verib.
Uçuşlar həftdə iki dəfə “Airbus A321neo” təyyarəsi ilə yerinə yetiriləcək. Uçuş müddəti 3 saatdan bir qədər çox davam edəcək.
Məlumatda qeyd olunur ki, bundan əvvəl “Severo-Zapad” “Jukovski” aeroportundan uçuş həyata keçirməyib.
“Severo-Zapad” öz saytında özünü biznes aviasiya aviaşirkəti adlandırır. Baza aroportları Moskva və Sankt-Peterburqdadır. Saytda məlumat verilir ki, Gulfstream, Bombardier, Dassault, Leonardo Helicopters, Airbus istehsalçılarının təyyarə və helikopterləri şirkətin idarəçilyi altındadır. “Rosaviasiya”nın məlumatına görə, şirkətin ümumilikdə 10 hava gəmisi var. **