Mart ayında İtaliya neft idxalını fevrala nisbətən 1,7% - 4,453 milyon tonadək azaldıb. Bu abrədə İtaliyanın Ekoloji Keçid Nazirliyi məlumat verir.
İdxalın lideri 1 milyon ton həcm ilə İraq olub, bu da fevral ayı ilə müqayisədə 2,4 dəfə çoxdur Daha sonra satışı 15% - 769,5 min tonadək azaldan Liviya və idxalı 1,6 dəfə - 693,4 min tonadək azaldan Azərbaycan gəlir.
Martda İtaliyanın aldığı bir barel neftin orta qiyməti $115,85 təşkil edib. **