İyunun 1-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) tədavül müddəti 24 ay olan 20 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə BFB-nin məlumatında bildirilir.
“Hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
İstiqrazın illik faiz dərəcəsi 6%-dir, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında dövlətin payı təxminən 96%-dir və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunur.*
X.Nəsirzadə