2022-ci il mayın 31-nə Azərbaycanda pul bazasının həcmi 14 milyard 883,6 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-may aylarında pul bazası 17% azalıb.
Cari ilin may ayında pul bazası 319,1 milyon manat və ya 2,2% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.*
X.Nəsirzadə