Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin may ayında valyuta hərraclarında $288 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF cari ilin aprel ayında valyuta hərraclarında $548,7 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, may ayında xarici valyuta satışının həcmi aprel ayı ilə müqayisədə 47,5% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-may aylarında ARDNF valyuta hərraclarında $2 milyard 461,1 milyon məbləğində xarici valyuta (2021-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 6,9%) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb. Ötən il fond tərəfindən hərraclarda xarici valyutanın orta aylıq satış göstəricisi $556,6 milyon təşkil edib.*
A.Əzizov