Rusiyanın “Milur İS” şirkəti Azərbaycanda elektrik sayğaclarının istehsalında maraqlıdır. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İyunun 1-də İqtisadi Zonaların İnkişafı Agentliyində “Milur İS” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
“Şirkət nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ərazisində elektrik sayğaclarının istehsalı layihəsini həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov