Azərbaycanda koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 778-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 017 nəfər (sutka ərzində +10) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 48 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 948 (ötən gün 2 min 192 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 898 min 425 test aparılıb.*
E.Şəfiyev