İyunun 1-də Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 3-cü iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş” imzalanıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil edib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
E.Məmmədov post-münaqişə mərhələsində bölgədə mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
“Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM) sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.*
R.Kərimov