Energetika naziri Pərviz Şahbazov və Qazaxıstandan olan həmkarı Bolat Akçulakov “Bakı Enerji Həftəsi” çərçivəsində görüş zamanı Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranzitlə dünya bazarına nəqli imkanlarını dəyərləndiriblər. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Tərəflər iki ölkə arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri və enerji bazarlarında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Qazaxıstanın enerji resurslarının dünya bazarına nəqli ilə bağlı imkanlar dəyərləndirilib”, - deyə məlumatda bildirilir.
Tərəflər Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti ilə yanaşı, mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması üzrə işçi qrupları səviyyəsində görülən tədbirləri də müzakirə ediblər.*
R.Kərimov