Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Ebrahim Raisi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşmasının perspektivlərini və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını müzakirə edib.
Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir ki, Paşinyan telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev və Aİ Şurasının prezidenti Şarl Mişel ilə Brüssel görüşündən təəssüratlarını bölüşüb.
“Paşinyan və Raisi regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimnitasiyası və demarkasiyası üzrə işlərə başlanması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının perspektivləri və Qarabağ məsələsinin həlli prosesinə dair fikir mübadiləsi aparıblar”, - hökumətdən qeyd ediblər.
Həmçinin, Ermənistanın baş naziri və İran prezidenti ikitərəfli gündəlik məsələlərini müzakirə ediblər, üçüncü elektrik ötürmə xəttlərinin tikintisi, Şimal-Cənub avtomobil yolu, enerji məsələlərinə xsüsusi diqqət ayrılıb.
Mətbuat xidmətinin məlumatına görə, Paşinyan və Raisi iki ölkənin paytaxtlarına səfər etmək təkliflərini təsdiq ediblər. **