Macarıstan enerji daşıyıcılarının tədarükü məsələsinə praqmatik yanaşır. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
“Macarıstanda istehlak edilən qazın 85%-i Rusiyanın payına düşür. Bu, infrastruktur və qazın mövcudluğu ilə əlaqədardır. Buna görə biz bu məsələyə praqmatik yanaşırıq, hər şeyə qarşı çıxış etmirik”, - Siyarto bu gün Bakıda keçirilən Bakı Enerji Forumunda bildirib.
Nazir vurğulayıb ki, TANAP qaz kəmərinin ötürülmə qabiliyyəti genişləndirilməyənə qədər (illik 16 milyard kubmetr - İF) alternativ barədə danışmağa dəyməz. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“TANAP qaz kəmərinin ötürülmə qabiliyyəti genişləndirilməyənə və sərmayələr yatırılmayana qədər alternativ mənbəılər bizim üçün qeyri-real görünür”, - o əlavə edib.
Öncə Siyarto bəyan edib ki, 2023-cü ildə Macarıstan Azərbaycandan cüzi həcmdə qaz ala bilər. **
B.Rüstəmbəyov