Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Perm vilayətinin qubernatoru Dmitri Maxoninin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.
Görüşdə Maxonin bəyan edib ki, Perm vilayəti daimi əsasda Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi vilayətin mətbuat xidmətinə istinadən məlumat verir.
“Ticarət dövriyyəsinin artırılması üçün perspektivlər görürük, buna görə daimi əsasda əməkdaşlıqda marsaqlıyıq. Bu məqsədlə ötən payızda Prikamyenümayəndə heyəti iznes missiya ilə Azərbaycana səfər edib”, - Maxonin bildirib.
Onun sözlərinə görə, “Azərbaycan xarici iqtisadi əlaqələrin inkişafı Perm vilayəti üçün prioritet təşkil edən dövlətlərin sayına daxildir”. “Əldə olunan məlumatlara əsasən, 2021-ci ildə Azərbaycanla ticarət dövriyyəsinin həcmi $44 milyonu ötüb”, - qubernator vurğulayıb.
Həmsöhbətlər qeyd edibər ki, sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar tərəflər arasında əməkdaşlıq üçün prioritet istiqamətlərdir.
Mustafayev qeyd edib ki, “bir sıra istiqamətlər ilə bağlı Perm vilayətinin təcrübəsi Azərbaycan şirkətləri üçün maraqlı ola bilər, öyrəniləcək”.
Tərəflər prioritet istiqamətlər və saziş imzalanması imkanı üzrə tərəfdaşlıq məsələlərinin öyrənilməsinə dair razılığa gəliblər.
Maxonin Azərbaycan nümayəndə heyətini dialoqun davam etdirilməsi məqsədilə Perm vilayətinə cavab səfərinə dəvət edib. **
E.Şəfiyev