“Azərkosmos” İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb.
“İnterfaks-Azərbaycan” Agentliyə istinadən məlumat verir ki, “Azərkosmos” “GTD Ingenieria de Sistemas” ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, peyk sistemlərinin inkişafı, təhsil proqramları çərçivəsində bilik və təcrübə mübadiləsi həyata keçirəcək.
Sənəddə Azərbaycanda kosmik sahə ilə bağlı tədqiqat və inkişaf fəaliyyətlərinin dəstəklənməsi, həmçinin peyk sistemlərinin mühəndis həllərinə dair texnologiya transferinin təmin olunması məsələləri əksini tapıb.
“Sənəddə ikitərəfli razılaşmada hazırda kosmik sahənin prioritet istiqamətlərindən biri olan Yer səthinin məsafədən müşahidəsi və geoməkan məlumatlarının idarə olunması sahəsində ən müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb”, - agentlik qeyd edir. **
E.Şəfiyev