Azərbaycanın İslandiya, Böyük Britaniya, İrlandiya və Danimarkadakı səfiri Elin Süleymanov etimadnaməsini İslandiya prezidenti Qudni Yohannessona təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik missiyayan istinadən məlumat verilib.
“Söhbət əsnasında tərəflər Azərbaycanla İslandiya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər”, - məlumatda deyilir.
Süleymanov bəyan edib ki, geotermal suların istilik enerjisi istifadəsi üzrə İslandiya təcrübəsini öyrənəcək və bu cür sistem azad olunmuş ərazilərdə tətbiq ediləcək.
Həmçinin, Süleymanov və Yohannesson Cənubi Qafqazda vəziyyəti, Avropanın enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Azərbaycan prezidenti İlham Əliyev 26 iyul 2021-ci ildə Süleymanovun İslandiya, Böyük Britaniya, İrlandiya və Danimarkadakı səfiri təyin edilmısi haqqında sərəncam imzalayıb. **
E.Şəfiyev