Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov Murad Qadılşini Azərbaycandakı yeni daimi nümayəndə təyin edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Tatarstan rəhbərinin saytında müvafiq sənəd dərc olunub.
Qadılşin bu postda öz istəyi ilə istefaya gedən Alfred Zakirovu əvəz edib.
2006-cı ildən 2009-cu ilədək Qadılşin Dünya Bankı ilə fəaliyyətə görə Tatarstan Respublikasının məsul şəxsi, daha sonra TR Dövlət Şurasının deputatı, Büdcə, vergi və maliyyə üzrə Komitənin sədri (2009-2014-cü illər) olub. 2016-cı ildən 2021-ci ilə qədər o, Rusiya FederasiyasıFederal Şurasının Dövlət Dumasının deputatı olub. **
E.Şəfiyev