2022-ci ilin yekunları üzrə Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu(CPC) sistemi vasitəsilə təxminən 55 milyon ton neft ixrac etməyi planlaşdırır, bu da proqnozlara uyğundur.
“Bu il neft ixracımız təxminən 55 milyon ton təşkil edəcək, sonra ixracın həcminin 60 milyon tonadək artımını gözləyirik”, - Qazaxıstanın energetika naziri Bolat Akçulakov cümə axşamı Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, CPC boru kəməri ilə öncə meydana gələn bütün problemlər həll olunub və “indi 100% işləyir”.
2022-ci ildə respublkada 87 milyon tona yaxın neft hasilatı gözlənilir, 2024-cü ildən sonra isə 100 milyon tona çata bilər. Neftin böyük hissəsi Avropa ölkələri və Çinə ixrac olunur.
Təbii qaza gəlincə isə nazir qeyd edib ki, Qazaxıstanda illik hasilatı 55-56 milyard kubmetr təşkil edir. “Məsələ bundadır ki, hasil olunan qazın bütün həcmi səmt qazıdır, onun böyük hissəsi neft hasilatını dəstəkləmək üçün yenidən geri doldurulur”, - nazir izah edib.
O, həmçinin qeyd edib ki, hasil olunan qazın bir hissəsi hər il artan daxili tələbata yönəldilir. “Bu amilləri nəzərə alaraq demək olar ki, Qazaxıstanın ixracında qazın rolu neft ilə eyni elə səviyyə və əhəmiyyətə çatacaq”, - Akçulakov bildirib. **