Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya işgüzar səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Lavrovun türkiyəli həmkarı ilə görüşündə ikitərəfli münasibətlərin, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi qeyri-qanuni sanksiyalar şəraitində iqtisadi-ticari əməkdaşlığın müzakirə olunması planlaşdırılır.
“Danışıqlarda, həmçinin regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. İlk növbədə, Ukraynadakı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”, - deyə o qeyd edib.*