Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda alternativ maliyyə və İslam Bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi üzrə tədqiqatın aparılması xidmətini sifariş edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, KOBİA tədqiqatın aparılmasına İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyini cəlb edib.
Tərəflər arasında 37,05 min manat məbləğində müqavilə bağlanıb.*
R.Əhmədov