Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 791-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 7 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 29 nəfər (sutka ərzində +10) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112 (ötən gün 2 min 580 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 903 min 117 test aparılıb.*
X.Nəsirzadə