İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İranın neft naziri Cavad Övci ilə görüşüb, tərəflər arasında qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Memorandum imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, M.Cabbarov bu barədə Facebook səhifəsində yazıb.
“İran İslam Respublikasının neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. İranın Neft Nazirliyi ilə imzaladığımız Memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək”, - deyə nazir bildirib.*
X.Nəsirzadə