Bakı Enerji Həftəsinin iyunun 4-də Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi, Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında sənədlər imzalanıb. Bu barədə nazirlikdən məlumat verilib.
Əməkdaşlığa dair İcra Müqaviləsinə Əlavəni energetika naziri Pərviz Şahbazov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzalayıblar.
Bundan əlavə, Pərviz Şahbazov və “Masdar Clean Energy” şirkətinin icraçı direktoru vəzifəsini icra edən Fauaz Al Muharrami İcra Müqaviləsi imzalayıblar.*
R.Kərimov