Azərbaycanda koronavirus infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 804-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, son sutka ərzində yoluxma hallarının sayı iki dəfə artıb.
Ardıcıl 6 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 40 nəfər (sutka ərzində +11) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 51 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 302 (ötən gün 2 min 112 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 905 min 419 test aparılıb.*
R.Kərimov