Türkiyə-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün həyati önəm daşıyır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyib.
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri, Trans Anadolu qaz xətti, TANAP kimi meqa infrastrukturları həyata keçirməklə regional və qlobal enerji təhlükəsizliyinə həyati töhfə vermişik. Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu mövqe regional sabitlik və rifahın yüksəldilməsi baxımından yolgöstərici olur. Bu mənada Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgəsi elan edilməsi də son dərəcə yerində bir addımdır”, - deyə Türkiyə lideri vurğulayıb.*
R.Kərimov