Qazaxıstanda keçirilən referendumla əlaqədar iyunun 5-də Bakıda seçki məntəqəsi açılıb. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat verilib.
“Qazaxıstanın Azərbaycandakı səfirliyi yanında 262 saylı seçki məntəqəsi bu gün yerli vaxtla saat 07:00-da açılıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 5-də Qazaxıstan Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı respublika referendumu keçirilir.
Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına 11,7 milyon Qazaxıstan vətəndaşı daxil edilib. Ölkədə 19,1 milyondan çox əhali yaşayır.*
R.Kərimov