Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.
XİN-in saytında dərc olunmuş məlumata görə, C.Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.
Tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.
Ötən gün “TRT Haber” telekanalı gələn həftənin əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. Görüş iyunun 6-da Türkiyədə baş tutacaq.*
R.Kərimov