Azərbaycanda koronavirus infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 808-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 13 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, son sutka ərzində yoluxma hallarının sayı 3 dəfə azalıb.
Ardıcıl 7 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 783 min 41 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 54 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 134 (ötən gün 2 min 302 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 907 min 553 test aparılıb.*
R.Kərimov