Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2020-ci ilin payızında Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri üçün “CONCO” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istonadən məlumat verir ki, şirkətlə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 milyon manatdır. **
B.Rüstəmbəyov