Bazar ertəsi “Azərişıq” ASC abonentlər üçün 5 yeni xidmət təqdim edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, təqdimatda İnformasiya Texnologiyaları Depatamentinin direktoru Qalib Həmidov qeyd edib ki, bu xidmətlər egov.az elektron xidmətlər portalında artıq yerləşdirilib və iyun ayının sonunadək abonentlər onlardan istifadə edə biləcəklər.
Xüsusilə söhbət aşağıdakı xidmətlərdən gedir: abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirməsi, enerji haqlarının İnternet vasitəsilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması.
Həmidovun sözlərinə görə, hazırda elektron xidmətlər portalında abonentlərə 6 növ xidmət göstərilir. **
N.Abbasova