İyunun sonunda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Seulda təşkil olunacaq İdxal Malları Yarmarkasında (Import Goods Fair – IGF) iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi AZPROMO-ya istinadən məlumat verir ki, dəvət AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan arasında keçirilən onlayn görüşdə səsləndirilib.
Yarmarka 23-25 iyun tarixlərində Seulda keçiriləcək.
“Görüşdə həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında işgüzar görüşlərin keçirilməsi, Koreya iş adamlarının Azərbaycana səfəri məsələləri müzakirə olunub”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov