Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, prezident Əliyev kompleksdə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verildi ki, “Şərq Bazarı” kompleksində 78 icarədar fəaliyyət göstərəcək, bu isə 300 yeni iş yerinin yaranması deməkdir.
1982-ci ildə bazarın rəsmi açılışı olub. Kompleksin yenidənqurma işlərinə 2020-ci ildə başlanılıb. **
B.Rüstəmbəyov