Azərbaycan 2022/2023 kənd təsərrüfatı ilində (1 iyul 2022-ci ild başlayır) Rusiyadan 1,5 milyon tonadək buğda idxalına ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan RF-dən buğda idxalının davam etdirilməsində maraqlıdır. Bu məsələ aprelin sonunda Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub. Xüsusilə, Azərbaycan tərəfi 2022/2023 kənd təsərrüfatı ilində RF-dən 1,5 milyon tonadək buğda idxalına ümid edir”, - agentliyin həmsöhbəti bildirib.
Xəbər verildiyi kimi, 2022-ci ilin birinci rübündə Azərbaycana buğda idxalı 182,864 min ton təşkil edib, bu da bir il əvvələ olan göstəricidən 2,7% azdır. Statistik məlumatlara əsasən, respublikaya idxal olunan buğdanın dəyəri $62 milyon 391,3 min (аrtım 30,7%) təşkil edib.
O cümlədən, 2022-ci ilin mart ayında $10 milyon 438 min dəyərində idxalın həcmi 32,264 min ton təşkil edib.
Azərbaycan 2021-ci ildə 1 milyon 148,06 min ton buğda idxal edib ki, bu da 2020-ci ilin göstəricisindən 15,9% azdır. Respublikaya idxal olunan buğdanın ümumi dəyəri $331,919 milyon (artım 11,8%) təşkil edib. İdxal olunan buğdanın ümumi həcmində 190,473 min ton ($57,969 milyon məbləğində) bərk buğda, 951,112 min ton ($270,396 milyon) yumşaq buğda və meslin, 6,475 min ton ($3,553 milyon) səpinlik buğdanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın əsas tədarükçüsü Rusiya olaraq qalıb. Bu ölkədən $315,191 milyon dəyərində (artım 7,5%) 1 milyon 94,236 min ton (azalma 18,9%) buğda idxal edilib. Bütövlükdə, Azərbaycana buğda idxalının 95,3%-i Rusiyanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın digər tədarükçüsü Qazaxıstan olub. Bu ölkədən $15 milyon 850,6 min dəyərində (artım 4,7 dəfə) 52,746 min ton (artım 3,5 dəfə) buğda idxal edilib.**
A.Əzizov