Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə Ankara arasında münasibətləriun gələcəkdə yüksələn xəttlə inkişaf edəcəyinə əminlik ifadə edib.
“Bu il Azərbaycan ilə Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30-cü ildönümünü qeyd edir. Azərbaycan Ankaranın Bakıya siyasi dəstəyini yüksək qiymətləndirir. Şuşa Bəyannaməsi imzalanandan sonra (2021-ci ilin iyun ayında - İF) ölkələrimiz arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə ucalıb. (...) Əminəm ki, bu tərəfdaşlıq münasibətləri xalqlarımızın maraqlarına əsasən yüksələn xəttlə inkişaf edəcək”, - Bayramov bazar ertəsi Ankarada keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Bakı və Ankaranın strateji tərəfdaşlığı “sülhə, regionda sabitlik və iqtisadi rifaha xidmət edən” “böyük iqtisadi potensiala” malikdir.
“Ölkələrimizin iştirakı ilə nəinki ikitərəfli dövriyyənin artırılmasına imkan yaradan qlobal iqtisadi layihələr reallaşdırılır, həm də Azərbaycan və Türkiyəni iri regional enerji, nəqliyyat və logistika mərkəzlərinə çevirir”, - nazir qeyd edib.
Bayramov əlavə edib ki, Azərbaycan və Türkiyə çoxtərəfli platformalar çərçivəsində uğurla fəaliyyət göstərirlər. **
R.Əhmədov