İyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan XİN başçıları Ceyhun Bayramov, Mövlut Çavuşoğlu və Muxtar Tleuberdi arasında üçtərəfli görüş keçiriləcək.
“İyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan XİN başçılarının görüşü baş tutacaq”, - Çavuşoğlu bazar ertəsi Ankarada azərbaycanlı həmkarı ilə brifinqdə bildirib.
Bundan başqa, o məlumat verib ki, gələcək dövrdə Azərbaycan, Türkiyə və Qazaxıstan XİN başçılarının ikitərəfli və üçtərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır, sonra Türkmənistanda üç ölkə liderlərinin sammiti baş tutacaq.
Çavuşoğlu əlavə edib ki, 2021-ci ilin yekunları üzrə Türkiyənin xarici ticarət dövriyyəsinin həcmi $30 milyarda çatıb. “Dost və qardaş ölkələrdə 11 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir, podratçı şirkətlərimiz tərəfindən həyata keçirilən layihələrin ümumi dəyəri $110 milyardı ötüb. Ticarət və sərmayələrin genişlənməsi üçün Qafqaz və Orta Asiyanın qonşu ölkələrlə əlaqəsini gücləndirmək zəruridir. Bu məsələdə Orta dəhliz mühüm rol oynayır. Biz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistanla bu məsələlərin müzakirəsini davam etdirəcəyik”, - nazir əlavə edib.
O, həmçinin vurğulayıb ki, Türkiyənin xarici siyasətinin əsas hədəfi Qafqazda və Orta Asiyada sülh və rifahın təminatıdır. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi (Qarabağ və Şərqi Zəngəzurun - İF) regionda sülh və sabitlik üçün çox mühüm pəncərə açdı və bu “pəncərəni” əldən buraxmamaq vacibdir. Ütün Türkiyə bu istiqamətdə Azərbaycanın atdığı bütün addımları dəstəkləyir”, - türkiyəli nazir vurğulayıb. **
N.Abbasova