Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 810-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün həmçinin 4 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 8 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 713 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 42 nəfər (sutka ərzində +1) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 55 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 833 (ötən gün 2 min 134 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 909 min 386 test aparılıb.**
B.Rüstəmbəyov