Ermənistan KTMT-nin böhrana reaksiya mexanizmlərinin effektivliyinə önəm verir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan KTMT PA Şurasının iştirakçıları, KTMT PA sədri, RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdə bildirib.
Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verulib ki, görüş iştirakçıları Cənubi Qafqazdakı vəziyyəti, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regional nəqliyyat kommunikasiyalarının açılması üzrə komissiyanın fəaliyyətini müzakirə ediblər. **