Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyunun 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8161 manat/1EUR səviyyəsində (iyunun 6-na 1,8238 manat/1EUR) müəyyən edilib.
AMB iyunun 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0275 manat/1RUB səviyyəsində (iyunun 6-na 0,027 manat/1RUB) müəyyən edib.*