Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il Azərbaycana səfər edəcək. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
“Prezident Kasım-Jomart Tokayev bu il Azərbaycana səfər etməyi planlaşdırır. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması nəzərdə tutulur”, - deyə o, bu gün keçirilən biznes forumda bildirib.
Səfir qeyd edib ki, səfər çərçivəsində, həmçinin ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlərin də imzalanması planlaşdırılır.*
X.Nəsirzadə