Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.
“Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Səfər çərçivəsində Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.*
N.Abbasova