ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə H.Hacıyev Twitter hesabında yazıb.
Öz növbəsində, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays ötən gün brifinqdə bildirib ki, H.Hacıyev səfər çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə də görüşəcək.*
R.Əhmədov